Elm öyrənmək və ya öyrətmək sadəcə nəzəri biliklər haqqında məlumatlı olmağı deyil, eyni zamanda nəzəri biliklərin təcrübədə tətbiqi ilə bağlı prosedurlar və metodlarla tanış olmağı tələb edir. Elmi məqalələri və ya elmi tədqiqatların nəticələrini oxumaq...
More
Elm öyrənmək və ya öyrətmək sadəcə nəzəri biliklər haqqında məlumatlı olmağı deyil, eyni zamanda nəzəri biliklərin təcrübədə tətbiqi ilə bağlı prosedurlar və metodlarla tanış olmağı tələb edir. Elmi məqalələri və ya elmi tədqiqatların nəticələrini oxumaq qaydaları onu yazmaq qaydaları qədər vacib məsələdir. İstər müəllimlər, istər tədqiqatçılar, istərsə də tələbələr elmi məqalələrin oxunması prinsiplərini adi mütaliə ilə eyni tutmamalıdır. Bu təqdimat elmi məqalələrin sistemli və metodoloji oxunması qaydaları ilə bağlı ədəbiyyatların icmalından ibarətdir. Elmi-tədqiqat nəticələrinin təqdimat prinsipləri və elmi məqalələrin yazılması qaydaları müxtəlif elm sahələrində fərqli standartlara əsaslansa da, bütün elm sahələrində yazılmış məqalələr eyni qaydalar əsasında oxunur və təhlil edilir. Elmi məqalələrin oxunması qaydası yalnız onun strukturunun təhlili ilə məhdudlaşmır, eyni zamanda məqalənin məzmununu şərh etməyi, tənqidi yanaşmağı və mövzu ilə bağlı məqalələrin izlənməsi prosesini d
Less