Azərbaycan dili. Qaydalar: 1-ci sinif Danışıq səsləri Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səslərini danışıq üzvləri yaradır. Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan başqa...
More
Azərbaycan dili. Qaydalar: 1-ci sinif Danışıq səsləri Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səslərini danışıq üzvləri yaradır. Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan başqa ağciyər, nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi üzvlər də danışıq səslərinin yaranmasında iştirak edir. Ən fəal danışıq üzvü dildir. Səs və hərf Səs hərfdən müxtəlif xüsusiyyətlərinə görə fərqlənir: Səsi deyirik, eşidirik. Hərfi yazırıq, görürük. Hərf – səsin yazıda işarəsidir. Azərbaycan əlifbasında 34 səs, 32 hərf var. Tələffüz etdiyimiz səslər yarandığı zaman hava axınında maneəyə rast gəlməsinə və yaxud gəlməməsinə görə 2 yerə bölünür : 1) Sait səslər ; 2) Samit səslər. Saitlər Ağız boşluğunda sərbəst, maneəsiz tələffüz olunur; avazlı olur; heca yaradır: bəzi hallarda uzun tələffüz olunur; musiqili səslərdir. Azərbaycan əlifbasında 9 sait səs və 9 sait hərf var: a, ı, o, u, e, ə, i, ö, ü. Əmələg
Less