AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini
hazırlayan komissiya tərəfindən hazırlanmış,
1995-ci il noyabrın 12-də ümumxalq...
More
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini
hazırlayan komissiya tərəfindən hazırlanmış,
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində
(referendumda) qəbul edilmişdir.
1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
(2002-ci il avqustun 24-də ümumxalq səsverməsində
(referendumda) qəbul edilmiş dəyişikliklərlə)
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək,
bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və
təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz
məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini
bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bü
Less